Mingəçevir su anbarında balıq tutan şəxs ölüb.
KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə su anbarı hövzəsindəki çimərliklərdən birində baş verib.
Həvəskar qaydada balıq tutmaq üçün adıçəkilən əraziyə gedən 1964-cü il təvəllüdlü şəhər sakini Osmanov Maarif Yaqub oğlu orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
