Minlərlə belaruslu Estoniyada işləyir – Belarus statistikası isə dəqiq rəqəmlər vermirbackend

Minlərlə belaruslu Estoniyada işləyir - Belarus statistikası isə dəqiq rəqəmlər vermir

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, Estoniyanın təqdim etdiyi statistikaya görə, keçən il Estoniyada mindən çox Belarus vətəndaşı bu ölkəyə işləməyə gəlib. Amma nədənsə Belarus statistikasına görə isə cəmi 11 nəfər Estoniyada işlə təmin edilib. Bunu necə başa düşmək olar? Təfərrüatlı rəqəmlərə görə, Estoniyada 2018-ci ildə qısamüddətli işə (12 aya qədər) qeydiyyatdan keçmək üçün icazə almış 1112 belarus çalışıb. Bunu bu ölkənin Polis İdarəsi və Sərhəd Mühafizəsi İdarəsinin statistikası sübut edir. Eyni zamanda Belarus Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaş Qeydiyyatı İdarəsinin məlumatına görə, keçən il Estoniyaya 11 nəfər işləmək üçün gedib.

Fakt budur ki, Daxili İşlər Nazirliyinin statistikası xaricdə işləmək üçün səlahiyyətli təşkilatlar vasitəsilə imzalanmış müqavilələr əsasında işləməyə gedənləri nəzərə alır. Rəsmi olmayan işlərdə isə çalışanlar statistikada qeyd olunmur. Buna görə, işləmək üçün getdikləri ölkələrin məlumatları Belarusdan gələn əmək miqrantlarının sayından daha çox fərqlənir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*