Minlərlə yük maşını Gürcüstan sərhədində qaldıbackend

Minlərlə yük maşını Gürcüstan sərhədində qaldı

Rusiya-Gürcüstan sərhədindəki Yuxarı Lars keçid məntəqəsində minlərlə yük maşını hələ də növbə gözləyir.

KONKRET.az Gürcüstan mediasına istinadən xəbər verir ki, növbə gözləyən yük maşınlarının sayının 3 mindən çox olduğu bildirilir.

Daşıma şirkətləri gecikmələrə görə gündə orta hesabla 600-700 avro itki verdiklərini bəyan ediblər.

Qeyd edək ki, Yuxarı Lars Rusiya və Avropanı Gürcüstan, Ermənistan və Fars körfəzi ölkələri ilə birləşdirən yeganə quru sərhəd məntəqəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*