Mirzoyan fransalı həmkarı ilə Qarabağı müzakirə etdibackend

Mirzoyan fransalı həmkarı ilə Qarabağı müzakirə etdi

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə telefon danışığı aparıb.

KONKRET.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, A.Mirzoyan fransalı həmkarına Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və regionda sülhün bərqərar olması ilə bağlı yanaşmalarını təqdim edib.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin təşviqində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın rolunu vurğulayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*