Mirzoyan: “Yaxın vaxtlarda üçtərəfli görüş keçirilə bilər”backend

Mirzoyan: “Yaxın vaxtlarda üçtərəfli görüş keçirilə bilər”

Bu yaxınlarda Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə deyib. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşünü şərh edib.
“Lavrovla dialoqu konstruktiv və səmimi qiymətləndirə bilərəm.

Moskvada Ermənistan, Rusiya və Azərbaycan XİN rəhbərlərinin görüşü məsələsi də müzakirə olunub, yaxın gələcəkdə belə bir görüşün keçirilməsi imkanı var”, – deyə o bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*