Misirli gənc Rusiyada proqramçı kimi təhsil aldı, Ukraynaya qarşı döyüşə yollandıbackend

Misirli gənc Rusiyada proqramçı kimi təhsil aldı, Ukraynaya qarşı döyüşə yollandı

Misirli gənc Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb və Ukraynadakı “xüsusi hərbi əməliyyat” zonasına yolalnıb.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Xantı-Mansiysk dairəsinin Yuqorsk administrasiyası yayıb.

Məlumata görə, döyüşçünün 24 yaşı var, o, proqramçı olmaq üçün 4 il əvvəl Rusiyaya gəlib, təhsilini başa vurduqdan sonra cəbhəyə getməyə qərar verib.

“Döyüşə getmək qərarım pulla bağlı deyil. Bu, daha çox Rusiyaya sevgidir. Mən bu ölkəyə, insanlara aşiq oldum, burada yaşamaq və Rusiya vətəndaşı olmaq istəyirəm” deyə o, qeyd edib.

Hərbçinin sözlərinə görə, kiçik bacısı qardaşının cəbhəyə getməsinə qarşı olsa da, bu, onun seçiminə təsir etməyib.
“Mən qərarımı dəyişməyəcəyəm. Bu, mənim üçün yeni təcrübədir və mən bunu əldə etmək istəyirəm”, – deyə o, yekunlaşdırıb.

İlkanə Şəvəqqət,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*