Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi bu gün Azərbaycanın Qarabağ ərazisində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımadığını bəyan edib.
Bu barədə KONKRET.az-a Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyindən məlumat verilib.
Məlumata görə, Moldova Respublikası bu sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkiləri” ni tanımır.
“Çünki onlar beynəlxalq hüququn fundamental norma və prinsiplərinə ziddir.
Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi Moldova Respublikasının Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini təsdiqləyir”, – deyə məlumatda qeyd olunur.//Demokrat.az
