Moldova Rusiya mediasının saytlarını BLOKLAYIRbackend

Moldova Rusiya mediasının saytlarını BLOKLAYIR

Moldova Rusiya mediasının saytlarını bloklayır.

KONKRET.az xəbər verir ki, Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti (İSS) Rusiya KİV-lərinin internet saytlarının bloklanması barədə göstəriş verib.

“SIS direktorunun 20 aprel tarixli 22 saylı əmri ilə fövqəladə vəziyyət şəraitində milli təhlükəsizliyə təsir edən sahədə yalan məlumatlar yayan onlayn məzmunlu mənbələrin siyahısına aşağıdakı portallar əlavə edilib: politnavigator.net, politnavigator.news , news-front.info”, – Moldova SİS-in bəyanatında deyilir.

Qeyd olunur ki, portalların məhdudlaşdırılması əmri Moldovadan olan istifadəçilərin bu saytlara girişini dərhal bloklamaq üçün şəbəkə provayderlərinə və elektron rabitə xidmətlərinə göndərilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*