Monteneqro hökuməti Azərbaycan vətəndaşlarının bu Balkan ölkəsinə giriş vizası alması üçün zəruri qaydalar barədə məlumat yayıb.
KONKRET.az report-a istinadla xəbər verir ki, bu barədə Monteneqronun Azərbaycandakı diplomatik ofisinin rəhbəri Militsa Buriç bildirib.
Onun sözlərinə görə, həm turist, həm də iş vizaları üçün sənədlərin təqdim edilməsi məqsədilə Azərbaycan vətəndaşları “VFS Global” viza mərkəzinə müraciət etməli olacaqlar.
“Monteneqro hökuməti ölkəyə səfər etmək və burada işləmək istəyən bütün şəxslərin Azərbaycandakı “VFS Global” platforması vasitəsilə asanlıqla müraciət edə bilməsi üçün addımlar atıb. Tələb olunan sənədlər və müraciət qaydası haqqında məlumatı “VFS Global Azerbaijan” saytından əldə etmək olar”, – Buriç vurğulayıb.
Qeyd edək ki, Monteneqro 2026-cı ilin yanvarından Azərbaycanla viza rejimi tətbiq etməyə başlayıb.
