Amerikada keçiriləcək prezident seçkisinə on gün qalmış – oktyabrın 23-də Vaşinqtonda ABŞ dövlət katibinin Azərbaycan və Ermənistanın xarici işlər nazirlərilə görüşləri olmalıdır.
Bundan əvvəl Sergey Lavrov artıq Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanla ayrı-ayrılıqda məsləhətləşmələr aparıb. Mayk Pompeo da hər iki nazirlə paralel görüşəcək. Maraqlıdır, onlardan hansı ABŞ-ın dövlət katibi ilə birinci söhbət edəcək və bu, gələcək qüvvələr nisbətinə necə təsir edəcək? Təəssüf ki, hələlik heç bir diplomatik səy Ermənistanla Azərbaycan arasında sentyabrın 27-də alovlanmış hərbi münaqişənin söndürülməsinə kömək etmir.
Əksinə, oktyabrın 17-nə keçən gecə Azərbaycanın Gəncə şəhəri bir ay ərzində ikinci dəfə raket atəşinə məruz qalıb. Halbuki, o, Dağlıq Qarabağdan xeyli uzaqda, ölkənin dərinliyində yerləşir və hərbi qarşıdurmaya heç bir aidiyyatı yoxdur. Rəsmi Bakının verdiyi məlumata görə, burada ən azı 5 nəfər həlak olub, 40-dan çox insan yaralanıb (dəqiqləşdirmə: son raket zərbəsindən sonra Gəncədə 14 insan həlak olub, 55 nəfər xəsarət alıb – WM), 20-dən çox ev dağılıb.
Dinc əhalinin bombalanması Nikol Paşinyanın Moskvanın bölgəyə sülhməramlı missiya göndərmək istədiyinə dair davamlı bəyanatları fonunda baş verib. Lakin əslində Moskvanın prinsipial neytral mövqe sərgilədiyini, onu vasitəçi kimi görmək istədiyini deməklə, Paşinyan Rusiyanı öz tərəfinə çəkməyə çalışır.
Güman ki, Emənistan baş nazirinin məqsədi Kremli Kollektiv Təhlükəsizlik Müqaviləsindən istifadənin vacibliyinə inandırmaqdır. Yerevan bu təşkilata üzv olsa da, Azərbaycan orada yer almır. Lakin istənilən halda, Rusiyanı münaqişəyə cəlb etmək cəhdləri təxribatdan başqa bir şey deyil.
Vaşinqtona səfər də bu ikili siyasətin davamına bənzəyir. Bu gün seçkiqabağı kampaniyası sona çatacaq Trpampa seçicilərin münasibətinə təsir etməyəcək məsələyə baş qoşmaq lazımdırmı?
ABŞ-da güclü erməni lobbisi, Erməni Kokusu qrupu fəaliyyət göstərir, həm Respublikaçılar, həm də Demokrat partiyasının sıralarında erməni tərəfdarları var, təsir imkanları olan konqresmenlərin isə bir hissəsi Moskvanın neytral mövqeyini bölüşmür və Azərbaycana qarşı çıxış edir. Xatırayırsınızsa, hələ 92-ci ildə Qarabağda müharibənin qızğın vaxtlarında Amerikada Bakıya yardımın qadağan edilməsi barədə düzəliş qəbul edilmişdi.
İndi Paşinyan bütün imkanlardan istifadə etməklə Trampı ona yalnız qüdrətli lider olan ABŞ prezidentini kömək edə biləcəyinə inandırmağa çalışacaq. Guya bununla da Tramp Putindən üstün olduğunu göstərə bilər. Yeri gəlmişkən, bundan əvvəl Paşinyan artıq Fransanın dövlət başçısı Makronu özü üçün ən rahat həmsöhbət elan etmişdi…
Ermənistan Vaşinqtonda məhz Moskvanın acığına Pompeonun hansısa az əhəmiyyətli sülh təşəbbüsünə, məsələn, Qarabağdan kənar bölgələrə atəş açmamaq kimi təkliflərə razılıq verə bilər. Təkzibolunmaz faktlara baxmayaraq, Yerevan onsuz da Gəncəni bombaladığını qəti şəkildə inkar edir. Gəncənin timsalında görürük ki, belə hallar daha çox qan tökülməsinə gətirib çıxarır.
Görünür, Ermənistan prezidenti və eyni zamanda Britaniya vətəndaşı olan Armen Sarkisyanın Brüsselə səfəri, NATO-nun baş katibi Yens Stoltenberq və Avropa Şurasının başçısı Şarl Mişellə görüşləri də avropalı siyasətçilərə yaltaqlanmaqla Moskvanı “qısqandırmaq” cəhdidir. Lakin Moskvaya onun mövqeyinin Minsk qrupunun üç həmsədri arasında ən qeyri-aktual olduğunu, Yerevanın Rusiyanın təsir dairəsindən çıxmaq istədiyini nümayiş etdirməyin özü çox da uğurlu ideya deyil. Elə isə Əliyevlə möhkəm və sabit münasibətləri olan Kreml Paşinyan və Sarkisyanın bu nümayişkaranə oyunlarını dəstəkləmək istəyəcəkmi?
Rusiya Federasiyasını onun siyasi maraqlarına birmənalı şəkildə cavab verməyən qarşıdurmaya cəlb etmək cəhdi əbəsdir. Üstəlik nə baş verdiyini gözəl anlayan Rusiya rəhbərliyinin etibarını itirən indiki Ermənistan rəhbərliyi çətin ki, Qərbin simasında özünə etibarlı müttəfiq tapsın. Məlumdur ki, beynəlxalq birlik Dağlıq Qarabağı birmənalı olaraq Azərbaycan ərazisi sayır və o, Paşinyana yarınmaq üçün beynəlxalq hüququ dəyişməyəcək.
Moskovskiy komsomolets, Rusiya
