Ermənistanın məhkəmə aktlarının məcburi icrası xidmətinin keçmiş rəhbəri Mihran Poqosyan Moskvada yol polisi əməkdaşları ilə mübahisəyə görə həbs edilib, sonra sərbəst buraxılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Erməni mediası bildirir ki, onlar Poqosyanın saxlanması və Ermənistana təhvil verilməsi ilə bağlı məlumatı şərh etmək üçün iki dəfə Ermənistan prokurorluğu ilə əlaqə saxlayıblar, lakin məsələ ilə bağlı şərh verilməyib.
Qeyd edək ki, Poqosyan Ermənistanda doqquz cinayət maddəsi ilə axtarışa verilib.
