Rusiya Müdafiə Nazirliyinin binalarından birində yanğın baş verib.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Moskvadakı Znamenka küçəsindəki binada olub.
Yanğın artıq lokallaşdırılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
***
Moskvanın mərkəzində Müdafiə Nazirliyinin binalarından birində güclü yanğın başlayıb.
KONKRET.az xəbər verir ki, yanğın Müdafiə Nazirliyinin Znamenka küçəsindəki kompleksində başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib, söndürmə taktikası müəyyənləşdirilir.



