Moskvada ŞOK – Mənzilə zəhərli ilan haradan gəlib? – FOTObackend

Moskvada ŞOK - Mənzilə zəhərli ilan haradan gəlib? - FOTO

Koronavirusun tüğyan etdiyi Moskvada baş verən bu hadisə paytaxt sakinlərini şoka salıb.

KONKRET.az xəbər verir ki, Moskva sakinlərindən biri Yanğınsöndürmə və Xilasetmə Mərkəzinə zəng edərək mənzildə uzunluğu bir metrə çatan ilan olduğunu bildiriblər.

Xilasedicilər dərhal hadisə yerinə gəliblər və ilanı zərərsizləşdirə biliblər. Qara-sarı zolaqlı ilanın evə necə girdiyi bilinmir.

Qeyd edək ki, xilasedicilər metal çubuqdan istifadə edərək ilanı tutub plastik qaba qoyublar. İlan Moskvanın Ətraf Mühitin Mühafizəsi Departamentinin nümayəndələrinə təhvil verilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*