Moskvadan Gəncəyə uçan təyyarə üç saatdan çox yubanıb – SƏBƏBbackend

Moskvadan Gəncəyə uçan təyyarə üç saatdan çox yubanıb - SƏBƏB

Moskvanın Domodedovo hava limanından Gəncəyə uçması planlaşdırılan təyyarə reysi 3 saatdan artıq yubanıb.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Telegram” kanallarında məlumat verilib.

Ural Hava Yollarının “U62411” reysi ilə uçan sərnişinlər qeyd ediblər ki, Domodedovodan Gəncəyə 12:00 uçuşu üç saat yarım gecikib:

“Sərnişinlər deyirlər ki, uçuş hər 30 dəqiqədən bir yenidən planlaşdırılıb. Hava limanının və aviaşirkətin nümayəndələri gecikmənin səbəblərini izah etməyiblər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*