Moskvanın kasıb ölkələrə pulsuz taxıl tədarük etmək planı yalançı piardır – KULEBAbackend

Moskvanın kasıb ölkələrə pulsuz taxıl tədarük etmək planı yalançı piardır - KULEBA

“Rusiyanın dünyanın ən kasıb ölkələrinə 500 min ton taxıl tədarük etməyə hazır olması yalançı piardır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba deyib.

“Moskva növbəti dörd ay ərzində çox güman ki, Ukraynadan oğurlanmış 500 min ton taxılı başqa ölkələrə pulsuz ixrac etməyə söz verib” – Kuleba Twitter hesabında yazıb.

Xatırladaq ki, Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev bildirib ki, Rusiya qarşıdakı 4 ay ərzində ən kasıb ölkələrə pulsuz olaraq 500 min ton taxıl verməyə hazırdır.

Sentyabrın 7-də Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin Ukraynadan ixrac edilən taxılın demək olar ki, hamısının ehtiyacı olan ölkələrə deyil, Avropa İttifaqına göndərildiyini vurğulayıb. O əlavə edib ki, ərzaq müqaviləsi bağlandıqdan sonra taxılın yalnız kiçik bir hissəsi ən kasıb ölkələrə gedir.

Günel Mikayılova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*