Motosikletçini söyən “Range Rover” sürücüsü kimdir? – VİDEObackend

Motosikletçini söyən “Range Rover” sürücüsü kimdir? - VİDEO

Sosial şəbəkələrdə Bakıda baş vermiş kiçik qəzadan sonra sürücülər arasında yaşanan mübahisənin görüntüləri yayılıb.

KONKRET.az avtosfer.az-a istinadən xəbər verir ki, videonu çəkən şəxs motosikletçi 10-OO-099 dövlət nömrə nişanlı, “Range Rover” markalı avtomobilin 77-DG-879 dövlət nömrə nişanlı, “Toyota Prius” markalı avtomobili vurduğunu bildirib. Həmin şəxs “Range Rover”i sürən vətəndaşa yaxınlaşaraq söyüş söyməməsini xahiş edib. Çəkilişi aparan motosikletçi həmçinin onun məmur olduğunu iddia edib. Videodan görünür ki, “Range Rover” sürücüsünə yaxınlaşan zaman həmin şəxs təhqiredici ifadələr işlədir, ardınca isə maşını sürərək oradan uzaqlaşır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”nın sorğusuna cavab olaraq bildirib ki, hadisə barədə məlumatlıdırlar: “Bununla bağlı müvafiq araşdırmalar aparılır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*