Müdafiə naziri vəzifəsindən azad edildibackend

Müdafiə naziri vəzifəsindən azad edildi

Çinin müdafiə naziri Li Şanfu tutduğu vəzifədən azad edilib.

KONKRET.az xəbər verir ki, məlumatı Çin KİV-i yayıb.

Qeyd edək ki, bir müddət əvvəl onun itkin düşdüyü barədə xəbərlər yayılmışdı. ABŞ kəşfiyyatı onun səlahiyyətlərinin dayandırıldığını və yaxud istintaq altında olduğuna dair məlumat yaymışdı. Li Şanfu təxminən 7 ay əvvəl, martın 12-də müdafiə naziri vəzifəsinə keçib.

O, 2018-ci ildə Rusiyadan “Su-35” qırıcıları və “S-400” komplekslərinin alınması ilə bağlı ABŞ-ın sanksiyalarına məruz qalıb. General Çin lideri Si Cinpinə yaxın adamlardan sayılır. Rütbəlilər arasında onun sürətlə yüksəlməsi bu amillə izah edilir./Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*