“Müharibə davam etdikcə, Rusiya daha çox ərazi qazanacaq” – Maskbackend

"Müharibə davam etdikcə, Rusiya daha çox ərazi qazanacaq" - Mask

Amerikalı milyarder, Tesla və X sosial şəbəkəsinin sahibi İlon Mask Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı bir sıra açıqlamalar verib.

KONKRET.az xəbər verir ki, Mask Ukraynanın zirehli texnika və hava üstünlüyünə malik olmadığı bir vaxtda güclü müdafiəyə və artilleriyaya malik böyük orduya qarşı hücuma keçməyə cəhd etməsini faciə adlandırıb:

“Bir il əvvəl mən Ukraynaya möhkəmlənməyi və bütün resursları müdafiəyə sərf etməyi tövsiyə etmişdim. Rusiyanın bütün Ukraynanı ələ keçirməsi şansı yoxdur, çünki qərbdə yerli müqavimət son dərəcə güclü olacaq. Lakin sözsüz ki, Rusiya daha çox ərazi əldə edəcək. Müharibə uzun müddət davam etdikcə, Rusiya keçmək çətin olan Dneprə çatana qədər ərazi qazanacaq”, – deyə Mask bildirib..

Onun sözlərinə görə, hazırda mühüm olan Ukraynanın Qara dənizə bütün çıxışını itirib-itirməyəcəyi məsələsidir.

“Bu baş verməmişdən əvvəl danışıqlar yolu ilə nizamlanmanı tövsiyə edirəm”, – deyə Mask fikrini yekunlaşdırıb.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*