Müqavimət qırıldı, Azərbaycan Ordusu irəliləyir – Avrasiyanetbackend

Müqavimət qırıldı, Azərbaycan Ordusu irəliləyir – Avrasiyanet

Dağlıq Qarabağda eskalasiyanın başlamasından dörd həftə keçir, amma erməni silahlı qüvvələri artıq acınacaqlı vəziyyətə düşüb. Azərbaycan PUA-ları və artilleriyası onları geri çəkilməyə məcbur edir. İtkilərinin yerini doldura bilməyən aciz erməni ordusu isə mövqelərini itirir.

KONKRET.az xəbər verir ki, bu barədə “Avrasiyanet”də (Eurasianet) Dağlıq Qarabağda Ermənistan ordusunun hərbi vəziyyətinin qeyri-müəyyən olması barədə dərc edilən məqalədə bildirilib.

Qeyd edilib ki, hazırda Ermənistan silahlı qüvvələri tam mühasirəyə alınmaq təhlükəsi ilə üz-üzədir:

“Ermənistanla Dağlıq Qarabağı birləşdirən Laçın dəhlizinə Azərbaycan artilleriasının əli çatır. İstisna edilmir ki, Azərbaycan bu yolu bir neçə gün ərzində nəzarət altına alıb və ya onun qarşısını kəsmək imkanına malik olacaq.

Cəbrayıl, Hadrut və Füzulini nəzarətə götürərək Azərbaycan hərbçiləri qərbə, Həkəri çayı vadisinə tərəf gedərək, şimala üz tutub. Qarşıdurma bitməyib, amma artıq aydındır ki, Ermənistan Azərbaycanın nailiyyətləri qarşısında acizdir və itkilərinin yerini dolldurmaq imkanına sahib deyil. Mövqelərini təslim etməmək cəhdi isə erməni ordusunun mühasirəyə düşməsinə səbəb olacaq. Azərbaycan Silahlı Qüvvələrinin irəliləməsini dayandırmaq niyyətində olduğuna dair heç bir əlamət olmasa da, rəsmi Bakı uğuru hərbi əməliyyatların və ərazilərinin öz nəzarətinə qaytarılması baxımından əhəmiyyətli siyasi qələbə iddiasında ola bilər.

Hərbi üstünlük çoxdan Ermənistan üzərində keyfiyyət və kəmiyyət üstünlüyünə sahib olan Azərbaycan Ordusu tərəfindədir. Onilliklər ərzində rəsmi Bakı enerji resurslarının ixracından əldə olunan vəsaiti Rusiya, Türkiyə və İsraildən texnika almağa sərf edərək Silahlı Qüvvələrini modernləşdirib.

Ermənistan tərəfi Azərbaycanın onların hərbi zirehli maşınlarını, hava hücumundan müdafiə sistemləri, həmçinin hərbi obyektlərini məhv edən PUA-larına hazır deyildi. Az sayda olan köhnəlmiş HHM sistemləri və hava hücumlarının hədəfinə çevriləcək şəkildə yerləşdirilmiş zirehli texnika Ermənistan ordusuna Azərbaycanın potensialına uyğunlaşma imkanı vermir.

Beləliklə, Azərbaycan müasir zirehli texnikanın dəstəyi ilə inamla irəliləyir. Ermənistanın müqaviməti zəiflədikcə Azərbaycan yerli üstünlük əldə edir. Bəzi bölgələrdə isə demək olar ki, müqavimətsiz irəliləyir.

Atəşkəs barədə razılığa gəlmək cəhdləri heç bir nəticə vermədi. Rəsmi Bakı açıq-aşkar qalib gəlir. Azərbaycan qoşunlarının getdikcə Ermənistanla sərhədə yaxınlaşması rəsmi İrəvan üçün daha təhlükləli ola bilər. Hərbi məğlubiyyətin Ermənistan rəhbərliyi üçün siyasi nəticələri olacaq. Rəsmi Bakının məqsədi Ermənistanın işğalı altında olan bütün Dağlıq Qarabağı və ətraf rayonları geri qaytarmaqdır. Tərəflər arasında atəşkəs razılığı olsa belə, Ermənistan bu addımı hərbi əməliyyatların hər an yenidən başlaya biləcəyini anlayaraq atacaq. Eyni zamanda, Ermənistanın böyük itkilərdən sonra silahlı qüvvələrini bərpa etmək üçün çox pis perspektivləri var”.axar.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*