NASA: “Nadir kosmik fenomenin şahidi olacağıq”backend

NASA: “Nadir kosmik fenomenin şahidi olacağıq”

“2024-cü ildə Yer kürəsinin sakinləri nadir kosmik fenomeni müşahidə edə biləcəklər”.

KONKRET.az xəbər verir ki, bunu ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Ətraf mühit departamentinin rəhbəri Bill Kuk deyib.

Kuk bildirib ki, bu il Yerdən üç min işıq ili uzaqlıqda ulduzda partlayış baş verəcək ki, onun partlaması təxminən 80 ildə bir dəfə baş verir. Onun sözlərinə görə, digər ulduzlar bir neçə min ildə bir dəfə partlayır.

İdarənin rəhbəri əlavə edib ki, hazırda astronomlar fenomenin dəqiq tarixini deyə bilmirlər. Bununla belə, o əmin edib ki, ulduzun partlaması adi gözlə görünəcək.

Kuk həmçinin “alovlanan ulduzun” parlaqlığının Qütb ulduzuna bənzədiyini vurğulayıb.

NASA-nın məlumatına görə, ulduz artıq iki dəfə – 1866-cı il mayın 12-də və 1946-cı il fevralın 9-da partlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*