“Rusiya prezidenti Vladimir Putin Ukrayna münaqişəsində qalib gəlsə, onu dayandırmaq mümkün olmayacaq. O, yenidən hərbi gücdən istifadə edəcək”.
KONKRET.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Ukraynaya maliyyə yardımının artırılmasının vacibliyini qeyd edən NATO rəhbəri Rusiyanın yeni hərbi əməliyyatlara hazırlaşmasından narahat olduğunu bildirib.
Vəli Həsənov,
KONKRET.az
