NATO-nun baş katibi Zelenski ilə NƏ DANIŞIB? – Detallarbackend

NATO-nun baş katibi Zelenski ilə NƏ DANIŞIB? - Detallar

“Der Spiegel” Fransanın prezidenti, Almaniyanın kansleri, Finlandiya prezidenti, NATO-nun baş katibi və Volodimir Zelenski arasında çərşənbə axşamı baş tutmuş telefon danışığının təfərrüatlarını dərc edib.

KONKRET.az xəbər verir ki, bu danışıq Avropada müharibənin başa çatdırılması ilə bağlı müzakirələrdə irəliləyişə görə yaranan dərin narahatlığı üzə çıxarır.

Nəşrin məlumatına görə, Emmanuel Makron söhbət zamanı Zelenskini xəbərdar edib ki, ABŞ “təhlükəsizlik təminatları vermədən ərazi məsələsinə müdaxilə edə bilər” və bu vəziyyəti “xəyanət” sözü ilə ifadə edib.

Almaniya kansleri Fridrix Mers qeyd edib ki, Zelenski “qarşıdakı günlərdə çox ehtiyatlı olmalıdır” və əlavə edib: “Onlar [ABŞ] oyun oynayırlar — həm sizinlə, həm də bizimlə”.

Finlandiya prezidenti Aleksander Stubb isə bildirib ki, “biz (Ukraynanın müttəfiqləri) Volodimiri — Zelenskini bu iki adamla — Kuşner və Uitkoffla — tək qoymamalıyıq”.

NATO baş katibi Mark Rüt­te də bu fikirlə razılaşıb və “Volodimirin qorunması zərurətindən” danışıb.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*