“NATO ölkəsinin Zaqafqaziyaya nüfuz etməyə çalışmasında yaxşı heç nə yoxdur”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov sentyabrın 11-20-də keçirilməsi planlaşdırılan Ermənistan-ABŞ hərbi təlimlərinə münasibət bildirərkən deyib.
“İrəvanın KTMT çərçivəsində təlimlərdən imtina etməsi faktını nəzərə alsaq, Ermənistan və ABŞ arasında təlimlər qəribə görünür”, – deyə Lavrov əlavə edib.
Rusiya XİN rəhbəri ümid edir ki, İrəvanla bütün müttəfiqlik öhdəlikləri Ermənistan siyasətində üstünlük təşkil edəcək:
“Rusiya Federasiyası həmişə bu əlaqələri yüksək qiymətləndirir”, – deyə Lavrov bildirib.
Burhan,
KONKRET.az
