Naxçıvana bilet ala bilməyənlərin NƏZƏRİNƏ: Bu ünvana müraciət etməlisiniz – Videobackend

Naxçıvana bilet ala bilməyənlərin NƏZƏRİNƏ: Bu ünvana müraciət etməlisiniz - VİDEO

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Eldar Hacıyev sərnişinlərə video müraciət ünvanlayıb.

AZAL-dan KONKRET.aza verilən məlumata görə, E.Hacıyev Naxçıvan istiqamətində uçuşların açılması ilə bağlı daxil olan çoxsaylı müraciətlərlə əlaqədar açıqlama verib.

Vitse-prezident bildirib ki, AZAL iyulun 7-dən sonra nəzərdə tutulan uçuşlarla bağlı bilet satışını fərqli şəkildə həyata keçirəcək. Belə ki, Naxçıvana getmək istəyən vətəndaşlar Muxtar Respublikanın Bakı şəhərindəki nümayəndəliyinə müraciət etməlidirlər. AZAL nümayəndəliyin tərtib etdiyi siyahı əsasında vətəndaşları biletlə təmin edəcək.

Daha ətraflı videomüraciətdən izləyə bilərsiniz:

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*