Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat ayrıldıbackend

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat ayrıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Muxtar Respublikasında koronavirus infeksiyasına qarşı həyata keçirilən səhiyyə tədbirləri üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayrılması haqqında” sərəncam imzalayıb.

KONKRET.az-ın məlumatına görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Naxçıvanın İnkişafı və Müdafiə Fondundan 200 min manat Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayrılıb.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*