Naxçıvanda saxta sənəd hazırlayaraq 250 min manatlıq dələduzluq edən şəxs saxlanıldıbackend

Naxçıvanda saxta sənəd hazırlayaraq 250 min manatlıq dələduzluq edən şəxs saxlanıldı

Dövlət qurumunun adından istifadə edərək vətəndaşları aldatmaqda şübhəli bilinən İlkin Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb.

KONKRET.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən verilən məlumata görə, araşdırmalarla onun vətəndaşlara obyekt tikintisinə sərəncam verilməsi ilə bağlı dövlət qurumu adından saxta sənəd hazırlayaraq təqdim etdiyi və bu yolla ümumilikdə 250 000 manatdan çox pul vəsaitini dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən olunub.

Faktla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*