Naxçıvanda yas mərasimləri bir gün keçiriləcəkbackend

Naxçıvanda yas mərasimləri bir gün keçiriləcək

Naxçıvanda yas mərasimləri bir gün keçiriləcək.

KONKRET.azın məlumatına görə, bu barədə bu gün dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunan müşavirədə qərar qəbul edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi və icra hakimiyyətləri yas mərasimlərinin keçirilməsi ilə bağlı qaydaları diqqətdə saxlamalı, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimləri 1 gün keçirilməli və bu zaman çay, yemək verilməməli, əhali yeni qaydalar barədə məlumatlandırılmalıdır. “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində də çay verilməsi dayandırılmalı, bütün ibadət və ziyarət yerləri dezinfeksiya olunmalı, cümə namazlarının evdə qılınması sakinlərə tövsiyə edilməlidir.

  • Vidadi
    Mart 24, 2020 - 21:12

    Qaz və elektrik enerjisinə limit ləğv edilməsi məqsədəuyğun olardı. Evdə qalmaqla qaz və elektrik enerjisi daha çox istifadə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*