Nazarbayevin bacısı biznesini İTİRDİbackend

Nazarbayevin bacısı biznesini İTİRDİ

Qazaxıstanın Almatı vilayətində ölkənin birinci Prezidenti Nursultan Nazarbayevin bacısı Anipa Nazarbayevaya məxsus Uşkonır Su Təsərrüfatı Kolleci dövlət mülkiyyətinə qaytarılıb.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, 2022-ci ilin sentyabrında Almatı vilayətinin Maliyyə Departamenti sahibi Anipa Abişevna Nazarbayeva olan “Anipa” İP-yə qarşı iddia qaldırıb.

Məhkəmə iddiaçının müdafiəsini təmin edib və müqaviləyə xitam verilməsinə qərar verib.

Bundan başqa, məhkəmə Anipa Nazarbayevadan 3450 tenge (75 dollar) məbləğində dövlət rüsumunun alınması barədə qərar çıxarıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*