Nazarbayevin Qırğızıstandakı abidəsi sammit ərəfəsində YOXA ÇIXDI – FOTOLARbackend

Nazarbayevin Qırğızıstandakı abidəsi sammit ərəfəsində YOXA ÇIXDI - FOTOLAR

Nursultan Nazarbayevin abidəsi Mərkəzi Asiya liderlərinin sammiti ərəfəsində Rux Ordoda yoxa çıxıb.

KONKRET.az xəbər verir ki, Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin İssık-Kuldakı Rux-Ordo kompleksinin ərazisində ucaldılan abidəsi götürülüb.

Mərkəzi Asiya ölkələrinin liderlərinin zirvə toplantısından çəkilən fotoreportajlarda postament nəzərə çarpır, ancaq abidənin özü yoxdur.

Sammitin təşkilat komitəsinin nümayəndələri abidənin bərpaya göndərildiyi barədə məlumat veriblər. Ancaq bərpa işlərinin nə vaxt yekunlaşacağını və abidənin yerinə nə vaxt qaytarılacağını deyə bilməyiblər.

Qeyd edək ki, bu gün Çolpon-Atada Qırğızıstan Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistanın Prezidenti Emoməli Rəhmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Mərkəzi Asiya Dövlət Başçılarının Dördüncü Məşvərət Görüşündə iştirak etmək üçün İssık-Kula gəlib.

Sammit iyulun 21-də 2 saylı dövlət iqamətgahının ərazisində baş tutub.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*