Nazir 65 yaşdan yuxarı vətəndaşlara müraciət etdibackend

Nazir 65 yaşdan yuxarı vətəndaşlara müraciət etdi

“Azərbaycanda 65 yaşın üstündə 720 min insan var”.

KONKRET.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev AzTV-yə müsahibəsində deyib. O, bildirib ki, 65 yaşından yuxarı ahıl vətəndaşlara nazirlik tərəfindən sosial xidmət göstəriləcək:

“Əvvəl bu xidmət 70 yaşdan başlayırdı. İndi vəziyyətlə əlaqədar bu yaşı 65 yaşa saldıq. Ahıl vətəndaşlar “Qaynar Xəttə” müraciət etsinlər və qeydiyyata alınsınlar. Azərbaycanda bu günə kimi 70 yaşından yuxarı tənha, ahıl 9500 insana sosial xidmətlər göstərilir”.

Nazir bildirib ki, insanlar 2 metrlik məsafəni qorumalıdır: “Bəzi ölkələrdə bu rəqəm 2 nəfərdir. Biz Azərbaycan milli mədəniyyətini əsas tutaraq bunu 10 nəfər etmişik. Hazırda bir çox ölkələrlə müqayisədə Azərbaycanda atılan yüngül addımlardır. Hələ ki, bizdə sərt qərarlar verilməyib. Vətəndaşlara özünətəcrid tövsiyə edilir”.

  • omer
    Aprel 8, 2020 - 12:12

    mence tecili pensiya yasina yeniden baxilmalidir.veen azindan 65 yas 55 le evez olunmalidir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*