Nazir polkovniki 6 ay əvvəl təyin etdiyi vəzifədən çıxardı – FOTObackend

Nazir polkovniki 6 ay əvvəl təyin etdiyi vəzifədən çıxardı - FOTO

Bakının Suraxanı Rayon Polis İdarəsinə altı ay öncə rəis müavini təyin edilən polkovnik Famil Vəliyev bu vəzifəsindən çıxarılıb.

KONKRET.az xəbər verir ki,  Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə İdarənin əməliyyat işləri üzrə rəis müavini Vəliyev Famil Adil oğlu vəzifəsindən çıxarılaraq Nizami RPİ-də eyni statusda xidmətə göndərilib.

F.Vəliyev daha əvvəl Xəzər RPİ-də müavin olub, 2020-ci ilin sentyabr ayında Suraxanıya təyin edilib.

Dekabr ayında İdarəyə rəis təyin edilən Süleyman Nemətovun istəyi ilə RPİ-də keçirilən kompleks yoxlamadan sonra 30-a yaxın məsul şəxs pozuntulara görə işdən çıxarılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*