Nazirlikdən Azad Rəhimovla bağlı MÜRACİƏTbackend

Nazirlikdən Azad Rəhimovla bağlı MÜRACİƏT

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova nazir Azad Rəhimovla bağlı mətbuata müraciət edib.

KONKRET.az S.Məmmədovanın müraciətini təqdim edir:

“Hörmətli media nümayəndələri! Hər birinizin narahatlığını başa düşür, anlayışla qarşılayıram. Hər birinizə Azad müəllim üçün etdiyiniz dualar, dediyiniz xoş sözlər üçün dərin təşəkkür edirəm. Sizdən son dərəcə xahiş edirəm, əsassız informasiyaları yayıb çaşqınlıq yaratmayın. Bu onun ailəsinə, doğmalarına çox pis təsir edir. Telefonum hər biriniz üçün açıqdır və daim əlaqədəyik. Bacardığım qədər sizi bundan sonra da məlumatlandıracam”.

Qeyd edək ki, Unikal org.az saytı nazirin vəfat etdiyi və nəşinin Azərbaycana gətirildiyinə dair məlumat yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*