“Neftçi” klubunun avtobusu qəzaya düşüb.
KONKRET.az-ın məlumatına görə, hadisə bu gün Heydər Əliyev prospektində (“İnter Arena” stadionun qarşısında metronun “Koroğlu” stansiyası istiqamətində) baş verib.
Taksi xidməti göstərən “Daewoo” markalı maşın “Neftçi”nin əsas komandasının avtobusu ilə toqquşub. Komanda məşqə gedirmiş.
Məlumatı təsdiqləyən “Neftçi”nin mətbuat katibi Rüstəm Allahverdiyev komanda üzvlərindən heç kimin xəsarət almadığını bildirib.

APASPORT