“Neftçi” – “Spartak” oyununun hakimləri açıqlandıbackend

"Neftçi" - "Spartak" oyununun hakimləri açıqlandı

“Neftçi” – “Spartak” (Moskva, Rusiya) yoldaşlıq oyununun hakimləri müəyyənləşib.

KONKRET.az xəbər verir ki, matçda ədaləti Rauf Cabbarov qoruyacaq. Ona Namiq Hüseynov və Kamran Bayramov kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Kamranbəy Rəhimov yerinə yetirəcək. VAR hakimi Cavid Cəlilov, VAR hakiminin köməkçisi Müslüm Əliyev olacaq.

Qeyd edək ki, “Neftçi” – “Spartak” görüşü bu gün saat 18:00-da “Neftçi Arena”da keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*