Neymarın anası 23 yaşlı sevgilisindən ayrıldı: Kişilərlə sevgili imiş – FOTOLARbackend

Neymarın anası 23 yaşlı sevgilisindən ayrıldı: Kişilərlə sevgili imiş - FOTOLAR

Neymarın anası Nadin Qonsalve sevgilisi Tyaqo Ramosdan ayrılmaq qərarına gəlib.

“Daily Mail”in yazdığına görə, Nadin Tyaqonun kişilərlə münasibətdə olduğunu öyrəndikdən sonra bu barədə qərar qəbul edib. Bundan sonra o, 23 yaşlı sevgilisindən malikanəni tərk etməsini istəyib.

İngiltərə mediasının iddiasına görə, Tyaqo Ramos 52 yaşlı Nadindən öncə Neymarın şəxsi aşpazı ilə eşq yaşayıb. Həmçinin, kiberidmançının əvvəllər aralarında braziliyalı komediyaçı Karlinyos Maya, milyonçu Eduardo Pereyra və PR məsləhətçisi İrinaldo Oliverin də olduğu, daha üç kişi ilə münasibətdə olduğuna dair xəbərlər yayılıb.

Qeyd edək ki, Neymar anasının Ramosla sevgili olmasına qarşı deyildi./fanat.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*