Türkiyə prezidenti Moskvaya Suriyada və Qarabağda nələrin edilməli və edilməməli olduğunu söylədi.
KONKRET.az xəbər verir ki, bunları qəzetin analitiki Gennadi Petrov yazıb.
Məqalədə qeyd olunur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının son iclasında çıxışı böyük rezonans doğurub. Ümumiyyətlə, daxili siyasətin müzakirə olunduğu bu tip iclaslarda gözlənilmədən Rusiyaya hücum edib. Ərdoğan Moskvanı Suriyada sülh istəməməkdə günahlandırıb.Eyni zamanda, Qarabağda keçiləsi mümkün olmayan qırmızı xətti elan edib.
Türkiyə prezidenti partiya silahdaşlarına Rusiya prezidenti Vladimir Putinlə bir gün əvvəl baş tutan telefon danışığının təfərrüatlarını təqdim etməyi uyğun gördü. Kremlin mətbuat xidmətinin xəbər verdiyi kimi, söhbətin təşəbbüskarı Türkiyə tərəfi olub. Ərdoğan “Putinlə yaxşı danışıqlarımız oldu. Qarabağı ətraflı müzakirə etdik. Dedik ki, bütün bunları Qafqazda bitirək. İstəsəniz birlikdə addım atacağıq və tərəflərlə danışacağıq. Ancaq indi bizim üçün əsas məsələ problemi həll edib etməyəcəyimizə aydın qərar verməkdir”, – deyib.