Hərbi çevriliş nəticəsində devrilmiş Niger prezidenti Məhəmməd Bazum iqamətgahının zirzəmisində – qaz, işıq və ərzaq təchizatı kəsilmiş vəziyyətdə saxlanılır.
KONKRET.az xəbər verir ki, bu barədə “Associated Press” Nigeriyanın ABŞ-dakı səfiri Mamadu Kiari Liman-Tinguiriyə istinadən yazır.
Agentlik qeyd edir ki, diplomat prezidentin yaxın adamıdır və ona hər gün zəng edir. Səfirin sözlərinə görə, üsyançılar onu öldürürlər və “Xunta başçısının planı prezidenti acından öldürməkdir
Liman-Tinguiri bu vəziyyəti qəbuledilməz adlandırıb və dünyanı baş verənlərə dözməməyə çağırıb.
Bununla belə, avqustun 12-də üsyançılar ilk dəfə olaraq həkimə prezidentin ailəsinə baş çəkməyə icazə veriblər və bir az yemək veriblər.
Burhan,
KONKRET.az
