Nigeriya prezidenti bütün ölkələrdəki səfirləri geri çağırdıbackend

Nigeriya prezidenti bütün ölkələrdəki səfirləri geri çağırdı

Nigeriya prezidenti Bola Tinubu ölkəsinin dünya üzrə səfirlərinin dərhal geri çağırılması barədə göstəriş verib.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi prezidentin sözçüsü Ngelaleyə istinadən xəbər verir.

Bildirilir ki, qərar yalnız Nigeriyanın BMT-dəki daimi nümayəndələrinə şamil olunmur.

“Nigeriyanın Nyu-York və Cenevrədəki BMT-dəki daimi nümayəndələri bu ayın sonunda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası (UNGA) səbəbiylə “tam geri çağırılmaqdan” azaddırlar” –  Tinubu ofisinin bəyanatında deyilir.

Qeyd olunur ki, belə bir qərarın verilməsində məqsəd dünya səviyyəli səmərəliliyin və keyfiyyətin təmin edilməsdir.

Nigeriyanın dünya üzrə 109 diplomatik missiyası, o cümlədən 76 səfirlik, 22 yüksək komissiya və 11 konsulluğu var.

Son onilliklər ərzində ölkədə ən cəsarətli islahatlara başlayan Tinubu BMT Baş Assambleyası çərçivəsində ABŞ prezidenti Co Baydenlə danışıqlar aparmağı və daha sonra G20 toplantısı zamanı Braziliya, Hindistan, Cənubi Koreya və Almaniya liderləri ilə görüşməyi planlaşdırır.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*