Nikaraqua 24 martı milli matəm günü elan etdibackend

Nikaraqua 24 martı milli matəm günü elan etdi

Nikaraqua 24 martı milli matəm günü elan edib. 

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hökumətin fərmanı artıq rəsmi qəzetlərdə dərc edilib.

Sənəddə belə bir qərarın Moskva yaxınlığındakı “Krokus Siti Holl”da törədilmiş terror aktının rədd edilməsi və pislənməsi əlaməti kimi qəbul edildiyi bildirilir. Bazar günü, martın 24-də ölkənin bütün bələdiyyələrində həmrəylik aksiyaları təşkil olunacaq, binalarda dövlət bayraqları yarıya qədər dalğalanacaq.

Qeyd edək ki, Serb Respublikası martın 24-ü matəm günü elan edib.  Bununla da dövlət orqanları Krokusda terror aktı qurbanlarının xatirəsini yad etmək, həmçinin Rusiya xalqı ilə həmrəylik nümayiş etdirmək niyyətini bəyan edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*