“Nikol Paşinyan köhnə ənənələri bərpa edir” – Hraparakbackend

"Nikol Paşinyan köhnə ənənələri bərpa edir" - Hraparak

“Nikol Paşinyan partiya protokollarından birini – “Mülki Müqavilə” Partiyasının Təşəbbüs Qrupunun iclasını bərpa etmək qərarına gəlib. Beləliklə, o, özünün monarxik sistem idarəçiliyini guya erməni xalqının gözündə qırmağa çalışır. Hansı ki, ermənilər ölkənin monarxik sistemlə idarə olunduğunu anlayırlar və qərarların bir nəfər tərəfindən verildiyini dərk edirlər”.

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat dərc edib:

“Dünən parlamentdə keçmiş və indiki deputatlarından tutmuş nazirlərə, müşavirlərə, merlərə qədər bütün məmurların iştirakı ilə Təşəbbüs Qrupunun iclası keçirilib. Təşəbbüs qrupu partiyanın aktiv hissəsidir. Parlamentdə bizə dedilər ki, müharibədən əvvəl onlar ən azı ayda 1-2 dəfə Qrupun müntəzəm iclaslarını çağırıblar, burada partiyadaxili problemlərdən tutmuş xarici çağırışlara qədər müxtəlif məsələlər müzakirə olunub. İclasdan əvvəl gündəm elan edilir, partiya üzvləri öz fikirlərini bildirir, əksəriyyətin rəyi bir qayda olaraq idarə heyətinin qərarlarına təsir göstərir. Lakin müharibədən sonra bu ənənə pozuldu, cəmi 1-2 görüş keçirildi. İndi onlar köhnə ənənəni bərpa etmək qərarına gəliblər”, – nəşr yazıb.

Qeyd edək ki, aprelin 6-da keçirilən iclasdan sonra Ermənistan parlamenti xarici və daxili siyasi məsələlərin, həmçinin təhlükəsizlik mövzularının müzakirə olunduğunu rəsmi olaraq bəyan edib”, – “Hraparak” bildirib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*