“Nikol yeni müharibənin anonsunu verir, amma ordu üçün silah ala bilməyib”.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının üzvü Eduard Şarmazanov öz Facebook səhifəsində yazıb.
“Nikolun cinayətkar hərəkətsizliyi və nikolizm. 44 günlük müharibədən sonra Azərbaycan davamlı olaraq dəhliz tələb edirdi.
Üstəlik, hətta müharibənin köməyi ilə dəhlizin açılmasından birbaşa danışdı.
Buna cavab olaraq Nikol Paşinyan sülh dövrü vəd etdi.
Ordunun və təhlükəsizliyin gücləndirilməsinin vacibliyi ilə bağlı bütün xəbərdarlıqlarımıza cavab olaraq, mükafat paylamaqla, 24 milyona ordudan qurtulmaq üçün layihə təklif etməklə məşğul oldu.
9 noyabr 2020-ci il tarixli bəyanatın bəndlərini pozan Nikol Laçın və Zabuxu müqavimətsiz təslim etdi.
Biz belə bir addım atmamalıyıq deyəndə cavab verdi ki, dəhliz verməmək üçün bu kəndləri təslim etmişik.
Amma Azərbaycan dəhliz istəyirdi və gücünü ortaya qoydu.
İndi Nikol yeni müharibənin anonsunu verir. O, sizi aldatdı. Sülh erası elan etdi, indi də yeni müharibəni yayımlayır.
Bəs Nikol müharibəyə hazırlaşmaq üçün nə etdi? Heç nə. Hətta ordu üçün silah ala bilməyib.
Amma tezliklə biz Paşinyanın ultra vətənpərvər çağırışlarını və yeni sardarapatlar haqqında çıxışlarını eşidəcəyik.
Açığı, müharibənin yolu ilə dəhlizin açılmasının kriminal ssenarisi həyata keçirilir.
Bu dəfə ruslar günahlandırılacaq, təhlükəsizlik və müdafiə sistemlərinin yüksək rütbəli zabitlərini istisna etmirəm.
Çoxları unudacaq ki, müharibəni gətirən Nikol olub.
Nəticə etibarı ilə türk vilayətləşdirilməsinə məruz qalan əraziyə çevriləcəyik.
Əgər biz bütün bunların əleyhinəyiksə, o zaman bütün dövlət, ictimai liderlər və qurumlar, eləcə də aidiyyəti vətəndaşlar gözlənilən fəlakətin qarşısını almaq üçün təcili olaraq alternativ addımlar atmalıdırlar”, – deyə o yazıb.
Xuraman Etibarlı,
KONKRET.az