Tovuz rayonunda ölümlə nəticələn yol qəzası baş verib.
KONKRET.az-a bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Belə ki, noyabrın 21-i saat 1 radələrində Tovuz rayonunun Dönük Qırıqlı kəndi ərazisində Emil Sadıqov idarə etdiyi “Niva” markalı avtomobili aşırıb.
Nəticədə sürücü aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.
Araşdırma aparılır.