“Tərəfimizdən Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti və Bəhruz Nuriyev küçəsinin kəsişməsində piyada səkisində söküntü işlərinin aparılması faktı aşkarlanmışdır”.
KONKRET.az-a bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
Bildirilib ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib və sözügedən ərazidə 50 kv.m-lik səki sahəsində söküntü işlərinin aparılması müəyyən olunub.
“Nəticədə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən həmin ünvanda səki örtüyünün bərpası təmin edilib.
Eyni zamanda ərazidə hər hansı tikintinin aparılması nəzərdə tutulmayıb. Hazırda ərazi Baş İdarənin əməkdaşları tərəfindən müvafiq qaydada nəzarətdə saxlanılır”.


Natiq Səlim,
KONKRET.az
