Norveç Silahlı Qüvvələri Ukraynadakı münaqişə ilə əlaqədar olaraq, noyabrın 1-dən etibarən döyüşə hazırlıq səviyyəsini artıracaq.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Yonas Qar Store deyib.
Onun sözlərinə görə, Ukraynadakı vəziyyət bütün NATO-ya üzv olan ölkələri daha diqqətli olmağa məcbur edir:
“Ölkənin Silahlı Qüvvələrinin qarşısında dayanan ən vacib tapşırıq sülhün qorunması, təhlükəsizliyin təmin edilməsi və yarana biləcək münaqişələrin qarşısını almaqdır. Bu tapşırıqların öhdəsindən gələ bilmək üçün, biz içində olduğumuz vəziyyətə uyğun olaraq fəaliyyətimizi qurmalıyıq”.
Baş nazir həmçinin ölkəsində ordunun hazırlıq səviyyəsinin yüksəldilməsinin zəruri olduğunu vurğulayıb.
