Norveç Quranı yandıranı deportasiya edir: Fırıldaqçı imiş…backend

Norveç Quranı yandıranı deportasiya edir: Fırıldaqçı imiş...

İsveçdə Quran yandırma aksiyalarının təşkilatçısı Salvan Momika Norveçdə saxlanılıb və İsveçə geri deportasiya edilir.

KONKRET.az xəbər verir ki, bu barədə “Aftonbladet” qəzeti Oslo Rayon Məhkəməsinin qərarına istinadən məlumat yayıb.

Həbs martın 28-də Momika İsveç mediasına Norveçə sığınacaq istəmək üçün getdiyini dedikdən sonra baş verib. Norveç məhkəməsinin yazdığı kimi, “deportasiya rəsmi və praktiki tədbirlər görülən kimi həyata keçiriləcək”.

Fevralın əvvəlində İsveç Miqrasiya Məhkəməsi Momikanın onu deportasiya etmək barədə Miqrasiya Agentliyinin qərarından şikayətini rədd edib. Məhkəmənin qərarı onun İsveçdə yaşamaq icazəsini ləğv edir. Onun 5 il müddətinə ölkəyə girişi də qadağan edilib.

2023-cü ilin oktyabrında Miqrasiya Agentliyi Momikanın ərizəsində özü haqqında yanlış məlumat verdiyini əsas gətirərək onun yaşayış icazəsini yeniləməkdən imtina edib. Ona ilkin olaraq İşgəncələr Konvensiyasına əsasən İsveçdə qalmağa icazə verilmişdi. Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*