Norveçin Tromso şəhərində saxlanılan Braziliya vətəndaşı Rusiyaya casusluqda ittiham olunub.
KONKRET.az xəbər verir ki, bu barədə cümə günü “NRK” telekanalı məlumat yayıb.
Bildirilir ki, həmin şəxs qeyri-qanuni kəşfiyyat məlumatlarına görə ittiham olunub.
O, həmçinin başqa dövlətlərin təhlükəsizliyinə xələl gətirə biləcək kəşfiyyat fəaliyyətində şübhəli bilinir.
Saxlanılan şəxs ittihamlarla razılaşmasa da, məhkəmənin qərarından apellyasiya şikayəti verməyəcəyini bildirib.
Qeyd edək ki, adı açıqlanmayan 30 yaşlı kişi ölkəyə 2021-ci ildə gəlib və Tromso Universitetində çalışıb.
İqbal Rzayev,
KONKRET.az
