backend

Növbədənkənar seçki ehtimalı ciddiləşir - İyulun 10-nu gözləyək

İyulun 10-dan sonra Azərbaycanda növbədənkənar parlament seçkilərinin elan ediləcəyi gözlənilir. Konkret.az saytına etibarlı mənbədən daxil olan məlumata görə artıq bir sıra ictimai birliklərə, xüsusilə Bakı Kəndlər Birliyinə bununla bağlı təlimat daxil olub. Xatırladaq ki, 2016-cı il 26 sentyabr tarixində keçirilmiş sonuncu referendumla Konsitusiyaya dəyişiklik edilib. Bu dəyişikliyə əsasən, ölkə başçısına növbədənkənar seçki təyin etmək səlahiyyəti  verilib. Prezident İlham Əliyev artıq həmin səlahiyyətləri çərçivəsində növbədənkənar prezident seçkiləri elan edib. Mənbənin vurğuladığına görə, parlamentin bu gün dövlət quruculuğunda ikinci hakimiyyət qolu kimi üzərinə vacib missiya düşdüyündən yuxarılarda hesab edirlər ki, belə seçkilərin keçirilməsi vacibdir. Ali icra hakimiyyəti orqanının formalaşması prosesinin davamı kimi, digər hakimiyyət qollarına da ictimai etimadı müəyyənləşdirmək üçün yeni seçkilərin təyin edilməsinə zərurət yaranıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*