“Fənərbağça”da baş məşqçi postu ilə bağlı Serxio Konseysaonun namizədliyi üzərində tam razılıq əldə olunub.
KONKRET.az xəbər verir ki, bu barədə “HT Spor” məlumat yayıb.
Artıq portuqaliyalı mütəxəssis İstanbula dəvət edilib, onun tezliklə Türkiyədə olacağı bildirilir.
Konseysao son olaraq “Əl-İttihad” klubunu çalışdırıb. O, daha əvvəl “Portu” və “Milan” klublarında da işləyib.

