Aşkarlanan qaz sızmasının aradan qaldırılması ilə əlaqədar Abşeron rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Sumqayıt Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, qaz sızmasının aradan qaldırılması məqsədilə iyunun 12-də saat 09:30-dan etibarən, işlər başa çatanadək Abşeron rayonunun Novxanı kəndi və Xırdalan şəhərinin Quşçuluq massivində qaz təchizatı dayandırılıb.
Qeyd olunub ki, təmir-bərpa işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlərin qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək.
