Naməlum şəxs Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğunun qarşısında Qurani-Kərimin ingiliscə nəşrini yerə ataraq təpikləyib.
KONKERT.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 10:46 radələrində baş verib.
Türk Evinin mühafizəçiləri cəld binadan çıxaraq müdaxilə edib, şəxsiyyəti məlum olmayan şəxsi binanın qarşısından uzaqlaşdırıblar.
Hadisə ilə bağlı Nyu-York Polis Departamentinin (NYPD) və Diplomatik Təhlükəsizlik Birliyinin (DSS) rəsmiləri ilə əlaqə saxlanılaraq məlumatlandırıldığı qeyd edilib.
